Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə atletika idman növü üzrə Quba rayon birinciliyi keçirilib.
Shimal.News xəbər verir ki, tədbirin açılışında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nuhbalayev yarışın keçirilməsi məqsədləri və qaydalarını iştirakçıların diqqətinə çatdırıb.
Birinciliyə rayonun müxtəlif məktəblərindən 60-dan çox şagird qatılıb.
İdmançılar 100 m, 800 m qaçış normativləri yerinə yetiriblər.
Sonda qaliblər müxtəlif dərəcəli medal və diplomlarla təltif ediliblər.
