Quba Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş üzgüçülük idman növü üzrə Quba rayon açıq birinciliyi keçirilib.
Shimal.News xəbər verir ki, yarışda Bakı, Quba və Qusar rayonlarından ümumilikdə 50-dən çox idmançı 50 və 100 m məsafələrə arxası üstə və sərbəst üzgüçülük üsulları üzrə mübarizə aparıb.
Yarışın sonunda idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılıblar.