Qubada 20 yaşlı gənc yol qəzasında dünyasını dəyişib. Bu haqda ShimalNews 14 avqust tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
Rayon sakini Şamail Yakubov idarə etdiyi "Mersedes" markalı avtomobil ilə yolu keçən piyadanı F.Eldarovu avqustun 13-ü saat 21:50-də vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan kişi Quba RMX-ya çatdırılıb. O, orada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.