Dünən futbol üzrə Azərbaycan II Liqasında "Quba" doğma meydanda "Xankəndi"ni qəbul edib.
Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın son dəqiqələrində "Xankəndi"nin boşa verdiyi yüzfaizlik qol epizodu isə oyunun ən çox müzakirə olunan anlarından birinə çevrilib.