Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Fərmanında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə ShimalNews 13 dekabr tarixində məlumat verir.
Sərəncama əsasən, Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon gənclər və idman idarələrinin əsasında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi yaradılıb.