Quba Olimpiya İdman Kompleksində üzgüçülük idman növü üzrə yığma komandanın təlim-məşqlərinə start verilib. Bu haqda ShimalNews 2 fevral tarixində məlumat verir.
"Quba - İdman Paytaxtı 2024" çərçivəsində təşkil olunan tədbir fevralın 22-dək davam edəcək.
Təlim-məşqlər Quba - Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Üzgüçülük Federasiyasının və Quba Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilir.