Qubada yeniyetmə və gənclər arasında sambo idman növü üzrə rayon birinciliyi keçirilib. Bu barədə ShimalNews 27 iyul tarixində Quba Gənclər İdman İdarəsinə istinadən xəbər verir.
Yarış "26 iyul - Gənclər və İdman Nazirliyinin yaradılmasının 28 illiyi" münasibətilə təşkil edilib. Sonda qaliblər Quba rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif edilib.