5 yaşlı Renat Babayev "Caspian Open" beynəlxalq karate turnirində qızıl medal qazanıb. Bu barədə ShimalNews 28 noyabr tarixində xəbər verir.
Yarış 26-27 Noyabr tarixlərində Azərbaycan Karate Təşkilatı tərəfindən Bakıda keçirilib. Qubanın Qəçrəş kəndindən olan qazimiz Murad Babayevin oğlu Renat burada döyüşüb. O, qələbəsini şəhid Miqdad Abduləlimovun xatirəsinə həsr edib.