Qubada idman jurnalistləri üçün təlim start alıb. Bu haqda ShimalNews 29 sentyabr tarixində Bədən Tərbiyəsi və İdman Akademiyasına (ASAPES) istinadən məlumat verir.
Treninqə 21 media qurumundan 24 jurnalist, eləcə də ASAPES-nin İdman jurnalistikası magistr proqramının tələbələri, Multimedia Mərkəzinin əməkdaşları qatılıblar.
Olimpiya İdman Kompleksində keçirilən media təlimi 30 sentyabradək davam edəcək.