Futbol üzrə Azərbaycan 2-ci Liqasında mübarizə aparan "Hypers Guba" klubunda dəyişiklik edilib.
Shimal.News xəbər verir ki, komanda bundan sonra "Quba" adlandırılacaq.
“Hypers Guba” adı isə bizim üçün bir tarixdir, bir ruhdur, bir xatirədir. O adla qazanılan hər zəfər, yaşanan hər acı, atılan hər addım bizimlə qalacaq, sükutla yaşayan bir əfsanə kimi”, - deyə komanda bununla bağlı açıqlama yayıb. Həmçinin klubun loqosu da dəyişdirilib.
Quba Peşəkar Futbol Klubu (Quba PFK) güclü ruhun komandası kimi yeni tarixlər yazmağa ümid edir.