Azərbaycan II Liqasında çıxış edən “Quba” klubu bəzi futbolçuların pulunu ödəmir.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik ötən mövsümdən bir neçə oyunçuya borclu qalıb. Bölgə təmsilçisi onların pulunu ödəməyəcək.
Buna səbəb həmin futbolçuların ötən mövsüm qırmızı vərəqə alaraq komandanı ziyana salmalarıdır.
Rəhbərlik onlara görə cərimə ödədiyi üçün futbolçulara olan borcları ödəmək niyyətində deyil.