Qubadan olan Səmra Mirzəxanova bədii gimnastika üzrə qızıl medal qazanıb. Bu barədə ShimalNews 7 aprel tarixində məlumat verir.
Bakı Olimpiya İdman Kompleksində 2-ci “Ocaq” Açıq Birinciliyi təşkil olunub. İdmançımız bütün rəqiblərini geridə qoyaraq 1-ci olub.
Səmra Quba şəhəri 7 nömrəli tam orta məktəbdə təhsil alır. O, Digah kəndində anadan olub. Gimnastika ilə Qusar Olimpiya İdman Kompleksində məşğul olur.