Qubada OİK-də ilk dəfə bilyard üzrə turnir keçirilib. Bu haqda ShimalNews 15 aprel tarixində məlumat verir.
“Quba - İdman Paytaxtı 2024” çərçivəsində təşkil edilən yarışın baş hakimi Kənan Məmmədov oyunçuları qaydalar barədə məlumatlandırdıqdan sonra mübarizəyə start verilib. 24 bilyardçının olimpiya sistemi ilə yarışdığı turnirdə qalib adını Afəz İbrahimov qazanıb. Yarımfinalda uduzan Zöhrab Zalov və Radik Uspatov isə üçüncü yerin sahibləri olublar.
Qaliblərə Regional Gənclər və İdman İdarəsinin medal və diplomları, Bilyard Federasiyasının isə qiymətli hədiyyələri təqdim olunub.