Quba Olimpiya İdman Kompleksində mas-reslinq idman növü üzrə ölkə birinciliyi keçirilib. Bu haqda ShimalNews 28 mart tarixində məlumat verir.
“Quba - İdman Paytaxtı 2024” çərçivəsində təşkil edilən çempionatda 100 idmançı medallar uğrunda mübarizə aparıb. Qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən medal və diplomlarla təltif olunublar.
Çempionatın əsas məqsədi müvafiq yaş qrupları üzrə Azərbaycan yığma komandasının tərkibini müəyyən etmək və eyni zamanda yeniyetmələr, gənclər və böyüklər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin mas-reslinqin kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.