Qax Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplantısı çərçivəsində məktəblilərə kamandan oxatma idman növü üzrə ustad dərsləri keçirilib.
Shimal.News xəbər verir ki, Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən təcrübəli idmançılar gənclərə oxatma avadanlıqları - kaman, ox və digər yardımçı vasitələr barədə ətraflı məlumat veriblər.
Onlar kamandan oxatmanın sadə bir idman növü olmadığını, diqqət və iradəni formalaşdıran bir məktəb kimi böyük əhəmiyyət daşıdığını vurğulayıblar.