top
Qəbələnin məğlubiyyətsiz olmağının SƏBƏBİ
01 aprel 2025, 09:34
- ↺ +

"Qəbələ"nin məğlubiyyətsiz olmağının SƏBƏBİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Qəbələ" futbol komandasının müdafiəçisi Elvin Yunuszadə komandasının necə uğur qazandığını açıqlayıb.

Sportal.az-ın idmançı ilə müsahibəsini təqdim edirik:

- "Qəbələ" son matçda da qələbə qazanmağı bacardı. Komanda 49 xalla liderdir. Məğlubiyyətsiz irəliləməsinin sirri nədədir?

- "Mingəçevir"in yaxşı komanda olduğunu, 90 dəqiqə mübarizə aparmaq üçün yaxşı fiziki gücə malik olduğunu bilirdik. Yeni baş məşqçi gəlib, komandaya yeni oyunçular da dəvət edilib. Bu da komandaya müsbət tərəfdən təsirini göstərib. Oyunlarını analiz etmişdik. Asan olmayacağını anlayırdıq. Əsas odur ki, qələbə qazandıq və üç xalı aktivimizə yazdırdıq.

- "Qəbələ" mövsümün sonuna qədər məğlubiyyətsizlik seriyasını davam etdirə biləcək? Rəqiblər zəifdir, yoxsa "Qəbələ" çox güclüdür?

- Hər oyuna son matç kimi hazırlaşırıq. Bugünkü gündə məğlubiyyətsiz olmağımızın səbəbi intizam və işimizəyanaşma tərzimizdir. Ciddi yanaşdığımız üçün hazırda ortada bu cür nəticə var. İstəyirik ki, çempionatı məğlubiyyətsiz başa vuraq. Amma bu futboldur, hər an hər şey ola bilər. Deməzdim ki, rəqiblər zəifdir. Hər oyunda lazımı qədər əziyyət çəkirik, rəqiblər bizə çətinlik yaradır. Bu intizamı, motivasiyamızı mövsümün sonuna qədər saxlaya bilsək, məğlubiyyətsiz başa vurarıq.

- "Qəbələ” Premyer Liqaya əsas iddialı komandadır. Səncə, digər iki komanda hansı olmalıdır? Həm gücü, həm də şəraiti baxımından...

- "Qəbələ" hər şeyi ilə Premyer Liqaya layiqdir. Digər iki komanda məsələsinə gəldikdə, ad çəkməyim düzgün olmazdı. Mübarizə aparmağa hazır olan bir neçə komanda var. Ancaq ad çəkməyim qeyri-etik olardı.

- Yeni sezondan Premyer Liqada legioner limiti də tətbiq edilməyəcək. Səncə, “Qəbələ”nin hazırki heyətindən Premyer Liqada oynayan yerlilər olacaq? Məsələn, özünü görürsən “Qəbələ”nin heyətində yüksək liqada, yoxsa səncə daha çox legionerlər oynayacaq?

- Hazırda yeni sezondan da qabaq, əsas fikrim çempionatı sona qədər maksimum başa vurmaqdır. Əgər gələcək sezon komanda ilə birlikdə olsam, burada qalsam, legioner olsa belə, hər bir azərbaycanlı mübarizə aparmağa hazırdır. Azərbaycanlılar da əsas heyətdə oynamaq potensialındadır.

- Premyer Liqada legioner limiti olmayacaq deyə, əksər yerlilərin Birinci Liqaya üz tutacağı da ehtimallar arasındadır. Səncə, bu qərarla Birinci Liqanın səviyyəsi daha da yüksələ bilər?

- Hər bir qərarın nəticəsini zaman keçdikcə görürsən. İndidən nəsə demək çətindir. Hər şeyi zaman göstərəcək.

- Komanda yoldaşın Şahin Şahniyarovun milliyə dəvət edilməsi Birinci Liqadakı digər oyunçular üçün də stimuldur? Onunla danışmışdın və nəsə məsləhət verdin?

- Şahinin adına çox sevinirəm. O, bizim balaca qardaşımızdır, ona etimadım da böyükdür. Gələcək 10-15 ildə Azərbaycan millisinin, Premyer Liqada lider oyunçularından birinin olacağını görürəm. Məşqlərdə də, oyunlarda da bunu görürəm. Potensialına bələdəm. Şahinin millidə olması hər bir yerli cavan üçün stimul olmalıdır. Şahinin özü oralara gedibsə, millinin futbolçusu kimi oynamalı, işinə elə yanaşmalıdır. Onunla daim futbolla bağlı söhbətləşirik, çalışırıq ki, Şahin potensialının maksimumunu ortaya qoysun. O, yaxşı insandır, işinə də ciddi və peşəkar yanaşır. Belə getsə, gələcək 10-15 ilin yarımmüdafiə xəttində Azərbaycan millisinin lideri ola bilər. Onunla daim danışırıq. Ən əsas dediyim bir söz var ki, artıq millinin futbolçususan və gözləntilər, tələblər də başqa olacaq. Məsuliyyəti daha da çoxaldı. Şahin milliyə getməklə, böyük futbolda daha böyük addım atdı. Hələ yolu qarşıdadır. Daha da irəliləməsi üçün ona o yolda təkan verməliyik.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər