Fransanın paytaxtında keçirilən “Paris-2024” Yay Paralimpiya Oyunlarında Orxan Aslanov 1-ci yerə layiq görülüb.
ShimalNews xəbər verir ki, paraatletimiz T13 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.29 metr nəticə göstərib. Bununla o, Azərbaycan üçün 4-cü qızıl medal qazanıb.