top
Palçıqlı meydan, işləməyən sistemlər: Quba stadionunun acı reallığı
26 yanvar 2026, 17:00
- ↺ +

Palçıqlı meydan, işləməyən sistemlər: Quba stadionunun acı reallığı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İmişli şəhər stadionu Premyer Liqa tələblərinə cavab vermədiyi üçün "İmişli" futbol klubu ev oyunlarını Qubada keçirməyə məcbur qalıb.

Rekord.az-ın məlumatına görə, Quba Olimpiya İdman Kompleksi Premyer Liqa oyunlarını qəbul etsə də, stadionun infrastrukturu ilə bağlı bir sıra ciddi problemlər mövcuddur. Bu problemlər son olaraq "İmişli" – "Araz Naxçıvan" qarşılaşması zamanı açıq şəkildə özünü göstərib.

Stadionda drenaj sisteminin olmaması səbəbindən yağan yağış və qar nəticəsində meydanın ot örtüyü palçığa çevrilib. Bu isə oyunun keyfiyyətinə birbaşa təsir edib. Bundan əlavə, diktor olsa da, vurulan qollar və edilən əvəzləmələr səsləndirilməyib. Səbəb isə səsgücləndirici sistemin işləməməsi olub.

Matçın rəsmi protokolu jurnalistlərə təqdim edilməyib. Oyunsonrası mətbuat konfransının keçirildiyi zalda isə istilik sistemi işləmədiyindən şərait son dərəcə narahatedici olub. Kondisionerin mövcud olmasına baxmayaraq, işləmədiyi, hətta zalın tavanından su damdığı bildirilib.

Digər ciddi problem internet bağlantısı ilə bağlı olub. Oyun ərzində jurnalistlər demək olar ki, xəbərləri operativ şəkildə paylaşa bilməyiblər. Çünki internet mövcud olsa da, faktiki olaraq işləməyib.

Bundan əlavə, stadionda miks zonanın olmaması da jurnalistlərin işini çətinləşdirib. Komandalar üçün ayrılan soyunub-geyinmə otaqlarının stadionun fərqli hissələrində yerləşməsi səbəbindən futbolçular birbaşa avtobuslara yönəlib, bu da media nümayəndələrinin oyunçularla əlaqə qurmasını mümkünsüz edib.

Qeyd olunanlar Quba stadionunda müşahidə edilən əsas nöqsanlardır. Məlumatda bildirilir ki, problemlərin həlli istiqamətində addımların atılması vacibdir və klub rəhbərliyinin jurnalistlərin fəaliyyətinə maneələr yaratmaq əvəzinə, mövcud çatışmazlıqların aradan qaldırılmasına diqqət yetirməsi məqsədəuyğun olardı.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər