Bir müddət öncə paralimpiya rekordunu yeniləyən Lamiyə Vəliyeva Parisdə ikinci dəfə medal qazandı.
ShimalNews xəbər verir ki, Fransanın paytaxtında keçirilən “Paris-2024” Yay Paralimpiya Oyunlarında idmançımız 2-ci yerə layiq görülüb. Bu dəfə o, 400 m məsafəyə qaçışda gümüş mükafat əldə edib.
Sentyabrın 4-ü isə Lamiyə Vəliyeva 100 m məsafəyə qaçışda qızıl medal qazanmışdır.