Dünya Badminton Federasiyasının inkişaf üzrə eksperti Qusar Olimpiya İdman Kompleksi ilə tanış olub. Bu haqda ShimalNews 21 fevral tarixində kompleksə istinadən məlumat verir.
Ekspert Françekso Alvareslə görüşdə Badminton Federasiyasının (ABF) baş katibi Ramil Hacıyev və milli komandanın baş məşqçisi Murtuza Validarvi iştirak ediblər. Qonaq kompleksə baxış keçirərək, ərazidə badminton idman növünün infrastrukturu ilə maraqlanıb. Milli İdman Sistemlərinin inkişaf layihəsi çərçivəsində ekspert Şimal bölgəsində çalışan məşqçilər üçün seminar keçirib.
"Kompleksə səfərimizi ABF ona görə təşkil edib ki, buradakı vəziyyət həm badminton üçün kifayət edəcək formadadır, həm də məşqçilər badminton üçün uşaqlar yetişdirirlər. Digər tərəfdən, Qusarda digər regionlarla müqayisədə qız badmintonçuların sayı kifayət qədər çoxdur. Onlar hazırda öz yaşıdları arasında Avropa səviyyəli yarışlara qatıla və yer tuta bilərlər. Ümidvaram ki, gələcəkdə daha da yaxşı badmintonçular yetişəcək", - Alvares bildirib.