2-3 may 2026-cı il tarixlərində Bakı şəhərində irimiqyaslı mədəni layihə – İncəsənət Olimpiadası 2026 baş tutub.
Shimal.News xəbər verir ki, Sevil Beybalayevanın rəhbərliyi altında Quba rayonunu təmsil edən Mədinə Hüseynova, Ofeliya Ağayeva, Gülnar Əliyeva və Nilay Qurbanova yüksək nəticə göstərərək 3 qızıl medal qazanıblar.
Olimpiadada ölkənin müxtəlif bölgələrindən təxminən 2000 iştirakçı bir araya gəlib. Tədbir ənənəvi olaraq Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası tərəfindən, tərəfdaş mədəni qurumların dəstəyi ilə təşkil olunub.
Qeyd edək ki, "İncəsənət Olimpiadası" ölkədə gənc istedadların üzə çıxarılması və onların yaradıcılıq imkanlarının genişləndirilməsi baxımından ən önəmli mədəni platformalardan biri hesab olunur.