Quba Olimpiya İdman Kompleksi ölkə üzrə ilin ən yaxşı Olimpiya İdman Kompleksi seçilib. Bu haqda ShimalNews 27 dekabr tarixində məlumat verir.
Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarına həsr olunmuş qala gecəsi keçirib. Burada müxtəlif nominasiyalar üzrə ən yaxşılar mükafatlandırılıb.
Nəticə etibarı ilə Şəki Olimpiya İdman Kompleksi 2-ci və Sumqayıt Olimpiya İdman Kompleksi 3-cü yerlərə layiq görülub.