Bu gün Azərbaycan çempionatının 2-ci Liqasında mövsüm yekunlaşacaq.
Shimal.News xəbər verir ki, 26-cı turun son oyun günündə 4 matç keçiriləcək.
71 xalla 1-ci pillədə yer alan "Şahdağ Qusar" "Dinamo"nun qonağı olacaq. 68 xalla 2-ci pillədəki "Şəfa" isə səfərdə "Qusar"la qarşılaşacaq.