Qubada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “yaşıl artım” və “sağlam həyat tərzi” şüarları ilə veloyürüş təşkil olunub.
ShimalNews xəbər verir ki, tədbir rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Velosiped Federasiyasının və Kapital Bankın birgə təşkilatçılığı ilə baş tutub.
Yürüş Heydər Əliyev Mərkəzinin qarşısından başlayıb və Kapital Bank Şimal filialının qarşısında yekunlaşıb.