top
“Hypers Quba”dan AÇIQLAMA -“Heç bir iş görməyiblər”
20 avqust 2025, 18:01
- ↺ +

“Hypers Quba”dan AÇIQLAMA -“Heç bir iş görməyiblər”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Quba Olimpiya Kompleksində heç bir təmir işi görülməyib. Biz hansı vəziyyətdə təhvil vermişiksə, indi də elədir. Bir sözlə, işə başlamayıblar”. Bunu futbolinfo.az saytına açıqlamasında II Liqa təmsilçisi “Hypers Quba”nın prezidenti Ayaz Abdullayev deyib.

Klub rəsmisi iki ev oyununu Şamaxıda keçirməsinə Peşəkar Futbol Liqası tərəfindən qərar verilən “İmişli”nin sözügedən arenadakı qüsurları aradan qaldırmaq üçün heç bir iş görmədiyini bildirir. O, stadionun sonuncu dəfə ötən il təmir edildiyini bildirib: “II Liqa və Premyer Liqanın Əsasnamələri fərqlidir. Bizim üçün oturacaqlar 19 yer bəs edirsə, elitada bu, 23 yerdir. Bu üzdən dəyişdirilməlidir. Media otaqları da yoxdur, hazırlanmalıdır. Stadionda səs sistemini də mən hazırlamışam. Texniki zona, soyunub-geyinmə otaqları, qapılar – yəni hamısını mən təmin etmişəm. Hələ gəlib bizimlə də danışmalıdırlar. Sonra qərar verilməlidir. Düzdür, oyun keçirmək üçün icazələri var, etirazımız yoxdur. Sadəcə, PFL-in əsasnaməsinə uyğun olaraq bütün tələblər yerinə yetirilməlidir”.

Abdullayev əlavə edib ki, “qonaqlar” hələ də onlarla masa arxasına keçməyib: “Stadionu biz də icarəyə götürmüşük. Ödəniş məsələsi birbaşa rəhbərliklə razılaşdırılıb. Sadəcə, yerli komanda olduğumuz üçün daim burada oynayacağıq. Bizdən hər hansı icazə tələb olunmur. Bu barədə heç kim bizimlə danışmayıb. Razıyıq, biz də istəyirik ki, “İmişli” burada oynasın. Premyer Liqanın şimal zonasına gəlməsi bizim üçün böyük uğurdur. Sadəcə, “İmişli” müəyyən addımlar atmalıdır ki, bu proseslər yerinə yetirilsin”.

Maraqlıdır ki, iki gün öncə “İmişli”nin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu saytımıza açıqlamasında təmir işlərinə başlanıldığını qeyd etmişdi. İndi isə bəlli olur ki, işə yeni başlayan xanım sözçü mətbuatı aldatmaqla məşğuldur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər