Məlumat verdiyimiz kimi, Azərbaycan II Liqasının növbəti turunda “Hypers Guba” səfərdə “Füzuli” ilə üz-üzə gəlib.
Shimal.News xəbər verir ki, matçda Quba klubunun futbolçuları bir neçə gün öncə vəfat edən sadiq azarkeşləri Xəlil Əhmədovu unutmayıblar.
Oyunçular ilk qoldan sonra onun şəkli olan forma ilə sevinib və qolu ona həsr ediblər.
Qeyd edək ki, matç 3:3 hesablı bərabərliklə yekunlaşıb.