2-ci liqanın iddialılar sırasında yer alan klublarından biri olan “Hypers Guba”da dəyişiklik baş verib.
Football-plus.az-ın məlumatına görə, son turlarda ardıcıl uğursuzluq yaşayan komandanın baş məşqçisi Vüqar Nadirov klubdan ayrılıb. Onunla birgə köməkçiləri və idman direktoru Fuad Hüseynov da düşərgəni tərk edib.
Yeni məşqçinin kim olacağı hələ ki, bəlli deyil.