AFFA İntizam Komitəsinin iclası keçirilib.
Shimal.News xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
15.04.2025-ci il tarixində II Liqada XXI turun “Göygöl” – “Şahdağ Qusar” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Göygöl” klubu 100 manat cərimə edilsin (maddə 72.4);
15.04.2025-ci il tarixində II Liqada XXI turun “Hypers Guba” – “Şəfa” oyununun 76-cı dəqiqəsində “Hypers Guba” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Hypers Guba” klubu 150 manat cərimə edilsin (maddə 52.2).