top
Futbol: “Şimal” çətin dövr yaşayır
29 iyun 2024, 12:44
- ↺ +

Futbol: “Şimal” çətin dövr yaşayır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

UEFA Regionlar Kubokunun ilkin mərhələsində "Şimal"ın baş məşqçisi komandasının məğlubiyyətindən danışıb. Bu haqda ShimalNews 29 iyun tarixində “Sport24.az”a istinadən məlumat verir.

Komandamız dünən UEFA Regionlar Kubokunun ilkin mərhələsində Gürcüstan təmsilçisi "Football School Bridge" ilə qarşılaşıb və 0:5 hesabı ilə uduzub.

"İlk dəfədir belə turnirə qatılırıq. Qələbə şansımızın az olduğunu, hətta məğlub olacağımızı gözləyirdik. Çox təəssüf ki, böyük hesabla məğlub olduq", - deyə baş məşqçi Tural Cəlilov bildirib.

Daha sonra T.Cəlilov uğursuz matçı belə əsaslandırıb:

"Hypers"lə final matçından sonra heyətin 70 %-ni itirmişik. Oyunçular başqa komandalara keçiblər. Ona görə də məcbur olub kollektivi yenidən yığdım. Bölgəmizdən olan gəncləri ətrafıma toplamışam. Demək olar ki, toplanış, məşq keçmədən turnirə qoşulduq. Təbii ki, təcrübəsiz oyunçularla da beynəlxalq turnirdə böyük hədəflərə nail ola bilməzsən. Gürcüstan komandası bizdən xeyli güclüdür. Onların heyətində vaxtı ilə peşəkar karyerası olmuş oyunçular çoxdur. Deyərdim ki, həvəskar yox, peşəkar komandaya məğlub olduq".

"Şimal" cəmi 1 ildir yaranıb. Komandanın əsas məqsədi ilk olaraq, II liqaya vəsiqə qazanıb çempionatda yerini qorumaq olub. Hazırda yığmanın oyunçularının çoxu özünü dolandırmaq üçün başqa sahələrdə çalışır. Onlara yalnız AFFA-nın ayırdığı pul vəsaiti verilir.

Xaçmaz təmsilçisi növbəti matçını "Qothenburq"a (İsveç) qarşı keçirəcək. Görüş iyulun 1-də baş tutacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər