“Şahdağ Qusar” FK daha iki futbolçu ilə müqavilə imzalayıb. Bu barədə ShimalNews 12 yanvar tarixində məlumat verir.
Transfer olunanlar müdafiəçi Mehdi Əliyev və yarımmüdafiəçi Fuad Məmmədzadədir. Onlar mövsümün ilk yarısını I Divizion təmsilçisi "Difai"nin heyətində oynayıblar.
Bundan əvvəl “Şahdağ Qusar” Elmin Əskərli, Famil Camalov, Kənan Mirzəliyev, Rafiq Kərimov və Mehman Məsimovla münasibətləri rəsmiləşdirmişdi.