Qusar Olimpiya İdman Kompleksində futbol turniri baş tutub. Bu barədə ShimalNews 3 mart tarixində Azərtac-a istinadən məlumat verir.
Yarış ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunub. Burada Xızı, Siyəzən, Quba, Qusar, Sumqayıtı 8 komanda təmsil edib.
U-12 liqası komandaları arasında Sumqayıt 1-ci, Siyəzən 2-ci, Qusar 3-cü yeri qazanıb. Qaliblər medallar və diplomlarla mükafatlandırılıblar. Onları Şimal Regional Futbol Federasiyasının rəhbəri Abdulla Məmmədov təbrik edib.
Turnirin ən yaxşı qapıçısı və oyunçuları isə xüsusi diplomlarla təltif ediliblər.