top
Cəmil Əliyev 13 saatlıq fasiləsiz üzmə rekordundan danışdı: Beynimə qalib gəldim
Foto
18 may 2026, 13:35
- ↺ +

Cəmil Əliyev 13 saatlıq fasiləsiz üzmə rekordundan danışdı: "Beynimə qalib gəldim"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hovuzda fasiləsiz üzmə üzrə Azərbaycan rekorduna imza atan idmançı Cəmil Əliyev qeyri-adi nəticəyə aparan yol barədə açıqlama verib.

İdman.Biz-ə müsahibə verən idmançı bildirib ki, o, həqiqətən də 13 saat dayanmadan üzüb və bu müddətdə əsas faktor fiziki gücdən çox psixoloji hazırlıq olub.

Onun sözlərinə görə, uzunmüddətli üzgüçülükdə insanın özünü idarə etməsi həlledici rol oynayır:

"İnsan ağlının gücü ilə bədənini "yeniləyə" bilər. Əzələlərin yorulması da idarəolunan prosesdir. Hətta davam etməyin mümkünsüz göründüyü anda belə, insan özündə güc tapır", – deyə o qeyd edib.

C. Əliyev rekord cəhdini daha çətin etmək üçün xüsusi üsullardan da istifadə etdiyini bildirib. Onun sözlərinə görə, ilk saatlarda ayaqlarına zəncir bağlayaraq üzüb, sonradan isə bu çətinliyi daha da artırıb.

"Rekordu daha çətin formada qırmaq istəyirdim. Bu, oyundakı kimidir: asan, orta və çətin səviyyə seçə bilərsən", – deyə o vurğulayıb.

İdmançı əlavə edib ki, beynin idarəolunması və fokuslanma onun uğurunun əsas açarıdır. O hesab edir ki, insan düşüncəsini düzgün istiqamətləndirə bilər və bədən bunun ardınca gedir.

Uzun saatlar suyun içində olarkən yaşadığı psixoloji vəziyyətdən danışan C. Əliyev maraqlı məqamlara toxunub:

"Bəzən özümü okeanın ortasında təsəvvür edirdim. Elə anlar olurdu ki, ümumiyyətlə üzdüyümü hiss etmirdim, sadəcə hərəkət edirdim", – deyə o bildirib.

Onun sözlərinə görə, motivasiya təkbaşına kifayət etmir, əsas olan intizam və məqsədə sadiqlikdir:

"İnam, istək və hərəkət birlikdə olmalıdır. İnsan beyni yox, beyin insanı idarə etməlidir".

C. Əliyev həmçinin gələcəkdə Azərbaycan idmanında daha güclü nəslin yetişəcəyinə inandığını qeyd edib.


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər