top
Burada at yarışları el bayramına çevrilir
22 mart 2025, 17:36
- ↺ +

Burada at yarışları el bayramına çevrilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Söhbət Qaxın Əmbərçay kəndində tarixən yaşadılan, nəsildən-nəslə ötürülən milli oyun və yarışlardan gedir.

AZƏRTAC-ın məlumatına görə, Novruz bayramının qeyd edildiyi bu günlərdə Qaxın Əmbərçay kəndində də qədim el-ənənələrinə uyğun at yarışları keçirilir.

Bəri başdan deyək ki, Əmbərçay kəndində Novruz bayramı başqa bir ruhda, başqa bir ab-havada qeyd olunur. Uzun illərdir bu kənddə bayram günlərində at yarışları təşkil olunur və hər kəs kəndin mərkəzində bir araya gəlir. Bu dəfəki yarışlar çiskinli-yağışlı havaya təsadüf etsə də, hamı kəndin mərkəzində toplaşmışdı. Hətta kənddən kənarda, müxtəlif yerlərdə yaşayanlar belə bu günlər mütləq Əmbərçaya gəlib bu izdihamı, yarışları yaxından, canlı izləyir.

Sakinlər bildirir ki, Əmbərçayda dədə-babadan at insanların həyatında mühüm rol oynayıb. Maraqlıdır ki, kənddə at saxlayanların sayı hər gün artmaqdadır. Hazırda isə belə ailələrin sayı 50 nəfərdən çoxdur. Əksər təsərrüfat işlərini atla görən əmbərçaylılar el bayramlarında da qədim oyunları və yarışları unutmurlar.

Kənd sakini Vidadi Yusifov bildirir ki, o da gənclik illərində bu yarışlarda iştirak edib. İndi isə onun qohum-əqrabasından olan gənclər bu ənənəni davam etdirir.

“Bu at yarışları eyni zamanda, gənclərimizdə vətənpərvərlik tərbiyəsinin aşılanmasında, mərdlik, qoçaqlıq nümunəsi göstərməsində böyük rol oynayır” deyən Vidadi Yusifov iştirakçılara uğur diləyir.

Digər kənd sakini Fizuli Rəşidovdan öyrənirik ki, yarışlarda iştirak edənlərin əksəri Qarabağımızın azadlığı uğrunda qəhrəmancasına iştirak etmiş oğlanlardır. Onlar bu gün də at belində öz şücaət və igidliklərini göstərirlər.

Beləcə, 20 çaparın mübarizəsi başlayır. Çaparlar biri-digərini ötmək üçün səy göstərir, gərgin mübarizə aparır. Yolun bir hissəsində çaparlar gözdən itən kimi indi hamının diqqəti finiş xəttinə cəmlənir. Budur ilk çapar görünür. Bu isə son iki ilin qalibi Nicat Mahmudovdur.

At yarışlarının təşkilatçılarından olan Şahin Yusifov deyir ki, artıq ənənə halını alan yarışlara kənddən kənarda yaşayan digər sakinlər də qatılır.

Sonda yarışın qaliblərinə xüsusi mükafatlar təqdim olunub. Tədbir bayram konserti ilə davam edib.

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər