Qusar Olimpiya İdman Kompleksində orta məktəblərdə təhsil alan uşaqlar üçün üzgüçülük məşğələləri təşkil edilir. Bu barədə ShimalNews 6 fevral tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
Bu pilot layihədə 1-5-ci sinif şagirdləri iştirak edirlər. Onlar üçün 1 ay ərzində müxtəlif saatlarda üzmə məşğələləri peşəkar məşqçilər tərəfindən aparılacaq.
Layihənin əsas məqsədi uşaqlara üzməyi öyrətməklə onların sağlamlığının təmin edilməsi, bu idman növünün təbliği və inkişafına nail olunmasıdır.