Balakəndə yeniyetmə qız və oğlanlar arasında şahmat üzrə rayon turniri keçirilib.
Shimal.News xəbər verir ki, yarış Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektoru və Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilib.
Turnirdə rayonun ümumtəhsil orta məktəbindən 30 oğlan və qız iştirak edib. l yeri Mahamalar kənd tam orta məktəbinin şagirdi Mehdiyeva Fidan ll yeri "Nəsimi" adına şəhər -2 saylı tam orta məktəbinin şagirdi Mehdiyev Şəmsəddin lll yeri "Nizami "adına şəhər -1 saylı tam orta məktəbinin şagirdi Hacıyev Hizbullah tutublar.
Qalıb gələn idmançılar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.