top
Azərbaycanda qar voleybolu çempionatının keçiriləcəyi TARİX AÇIQLANDI
14 yanvar 2026, 16:33
- ↺ +

Azərbaycanda qar voleybolu çempionatının keçiriləcəyi TARİX AÇIQLANDI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda klassik voleybolla yanaşı, bu idman növünün digər növləri - çimərlik və qar voleybolu da inkişaf etdirilir. Yanvar ayının ortaları olmasına baxmayaraq, hələlik bu istiqamətdə yarışların vaxtı bəlli deyil.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov açıqlama verib.

"Qar voleybolu klassik və çimərlik voleybolu ilə müqayisədə daha çətin idman növü hesab olunur. Mürəkkəb hava şəraiti, xüsusi idman avadanlıqlarından istifadə və zədələnmə riskinin yüksək olması bu növün əsas fərqləndirici cəhətlərindəndir. Bu amillər idmançılardan daha yüksək fiziki və taktiki hazırlıq tələb edir.

Ötən il ölkəmizdə ilk dəfə qar voleybolu üzrə Azərbaycan çempionatı təşkil olunmuşdu. İki gün davam edən yarışlarda dörd qadın və dörd kişi komandası iştirak edib. Turnir idman ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı.

Əldə olunan müsbət təcrübəni və artan marağı nəzərə alaraq, bu il də qar voleybolu üzrə Azərbaycan çempionatının keçirilməsinə qərar verdik. Turnir 24 və 25 yanvar tarixlərində həm kişilər, həm də qadınlar arasında təşkil olunacaq. Yarışın keçiriləcəyi məkan ötən il olduğu kimi, "Şahdağ" turizm mərkəzidir", – deyə Faiq Orucov bildirib.

Hazırda qar voleybolu üzrə beynəlxalq yarışların da təşkil olunduğunu qeyd edən federasiya rəsmisi bu növ üzrə ixtisaslaşmış klubların və milli komandaların formalaşdırılmasının gələcək üçün əsas məqsədlərdən biri kimi müəyyənləşdirildiyini vurğulayıb.

"Bu istiqamətdə atılacaq addımlar ölkəmizin beynəlxalq arenada qar voleybolu üzrə irəliləyişinə və bu idman növünün davamlı inkişafına mühüm töhfə verəcək", – deyə Azərbaycan Voleybol Federasiyasının baş katibi əlavə edib.

Mənbə: İdman.biz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər