“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov təyinat alıb.
Shimal.News xəbər verir ki, bu barədə AFFA-nın İcraiyyə Komitəsinin iclasında baş katib Cahangir Fərəcullayev məlumat verib.
A.Abbasov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi olacaq. Onunla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.