top
8 milyon dollar, 7 il gözlənti və hələ də naməlum sonluq… - FOTO
07 mart 2025, 13:55
- ↺ +

8 milyon dollar, 7 il gözlənti və hələ də naməlum sonluq… - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar şəhərinin yeganə futbol stadionu olan Şövkət Orduxanov adına arena 2017-ci ildən bəri təmir adı ilə fəaliyyətini dayandırıb. Lakin illər keçməsinə baxmayaraq, stadionun yenidən istifadəyə verilməsi ilə bağlı konkret irəliləyiş yoxdur.

Shimal.News redaksiyasına müraciət edən şəhər sakinləri və "Şahdağ Qusar" FK-nın azarkeşləri bu vəziyyətdən narazıdırlar.

Qusar futbolunun əsas təmsilçisi olan "Şahdağ Qusar" FK, stadionun bağlı olması səbəbindən ev oyunlarını 5 saatlıq məsafədə – Şamaxıda keçirmək məcburiyyətindədir. Digər yerli klub "Qusar FK" isə Sumqayıtda oynayır. Bu, komandaların azarkeş bazasına, oyun atmosferinə və futbolun yerli səviyyədə inkişafına mənfi təsir göstərir. Şəhər sakinləri komandanın doğma meydanda oynaması üçün uzun müddətdir mübarizə aparırlar.

Məlumatlara görə, stadionun yenidən qurulması üçün FIFA tərəfindən 8 milyon dollar vəsait ayrılıb. Lakin bu vəsaitin hara xərcləndiyi, hansı layihə əsasında işlərin aparıldığı barədə şəffaflıq yoxdur. Stadion tamamilə söküldükdən sonra tikinti işləri başlasa da, yarımçıq qalıb. Rəsmi qurumlar tərəfindən bu məsələyə dair yetərli açıqlamalar verilməyib.

Qusar stadionunun bərpası ilə bağlı müxtəlif tarixlər açıqlanıb. 2023-cü ilin sonuna qədər stadionun istifadəyə veriləcəyi bildirilib, lakin baş tutmayıb. Daha sonra 2024-cü ildə açılacağı vəd edilib, lakin bu da reallaşmayıb. Artıq isə 2025-ci ilin mart ayıdır, lakin stadionla bağlı heç bir yeni xəbər yoxdur.

Stadionun taleyi ilə bağlı qeyri-müəyyənlikdə "Azərenerji" ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevin adı çəkilir. Bildirilir ki, stadionun ərazisi onun nəzarətinə keçib və burada villa tikmək planı olub. Lakin bu məlumat rəsmi qurumlar tərəfindən nə təsdiq, nə də təkzib edilib.

Qusar sakinləri bu illər ərzində stadionun tamamlanması üçün AFFA, icra hakimiyyəti və digər aidiyyəti qurumlara dəfələrlə müraciət ediblər. Bununla yanaşı, bəzi futbolsevərlər artıq Futbolun İnkişafı Fonduna da müraciət ediblər. Lakin fond məsələnin kluba aid olduğunu bildirərək işin onların üzərinə düşdüyünü deyib.

Stadionun istifadəyə verilməməsi, şəffaf olmayan maliyyə və qeyri-müəyyən planlar şəhər ictimaiyyətini haqlı olaraq narahat edir. İllərdir gözləyən futbolsevərlər ümid edirlər ki, məsələ nəhayət diqqətə alınacaq və stadion doğma şəhərə geri qaytarılacaq.

Qusar stadionu və bu vəziyyətlə bağlı hər hansı rəsmi açıqlama olarsa işıqlandırmağa hazırıq.

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər