top
65 yaşlı çempionun TARİXƏ ÇEVRİLƏN MİSSİYASI
03 iyun 2025, 14:24
- ↺ +

65 yaşlı çempionun TARİXƏ ÇEVRİLƏN MİSSİYASI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şair, yazıçı, bəstəkar və rejissor Sədaqət Kərimova “Fərhad Rəcəblinin həyat fəlsəfəsi”ndən yazır:

“Bəzən bir qələbə xəbərini oxuyursan, sevincini bölüşürsən, sonra unudursan. Amma elə qələbələr və qaliblər də var ki, onlar səndə qürur hissi oyadır, həmin zəfərin arxasında duran gərgin məşqlər, məsuliyyət hissi və alın təri səni heyrətə salır. Məşhur Rəcəblilər nəslinin görkəmli nümayəndəsi Fərhad Rəcəblinin 11-ci dəfə Avropa çempionu olması məhz bu qəbildəndir.

Latviyanın Riqa şəhərində keçirilən veteranlar arasında Avropa çempionatında 90 kq çəki dərəcəsində, M-8 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələn, finalda isə ukraynalı Oleksandr Ranqayevi ipponla məğlub edən bu 65 yaşlı idmançının qələbəsi sadəcə bir medal deyil – bu, böyük iradənin, idmana və həyata sevginin canlı nümunəsidir.

12 yaşından bəri cüdo ilə məşğul olan Fərhad üçün bu idman növü çoxdan sadə məşğələ deyil, bir həyat fəlsəfəsidir. Bu fəlsəfə ona yalnız tatamilərdə deyil, həyatın mürəkkəb və bəzən sərt yollarında da düzgün istiqamət verib. Elə buna görə də, onun qazandığı hər qələbə artıq təkcə onun deyil – ailəsinin, dostlarının, doğmalarının, bütöv Azərbaycanın sevinci və qürurudur.

Fərhad Rəcəbli bu gün azarkeşlərinin, tələbələrinin gözündə artıq bir rəmzə çevrilib – həyatını dürüstlük, zəhmət və sevgiylə yoğuran insan rəmzinə. Onun medalları sadəcə parıldayan metallar deyil, onlar bu əzmkar və fədakar insanın illərlə yazılan həyat hekayəsinin nişanələridir.

Bəli, bu bir həqiqətdir: qələbə yalnız sevdiyin işi vicdanla və ürəklə gördükdə gəlir. Əgər bu sevgi Vətənə yönəlibsə – o zaman bu, təkcə idman yox, tarixə çevrilən bir missiyadır.

Var olun, Fərhad Rəcəbli! Sizinlə yalnız Qusar, Sumqayıt, Bakı deyil, bütün Azərbaycan fəxr edir. Yeni qələbələrlə bizi yenə sevindirəcəyinizə əminik!”

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər