Qəbələ rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News-un məlumatına görə, hadisə bu gün saat 09:00-10:00 radələrində rayonun Zarağan kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus yolu keçən 54 yaşlı Zarağan kənd sakini Qalib Abdullayevi vurub.
Müxtəlif bədən xəsarətləri alan piyada Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.