Qanunsuz ağac kəsimi nəticəsində yaşıllıqlara dəymiş ziyanla bağlı araşdırma aparılır.
Shimal.News xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları son bir həftə ərzində keçirdikləri nəzarət tədbirləri zamanı bir sıra rayonlarda qanun pozuntusu faktlarını aşkar ediblər.
Araşdırmalar zamanı Qəbələ rayonunun Kiçik Əmili və Zalam kəndlərindən keçən su kanalının ətrafında, Şamaxı rayonunun Mərzəndiyə və Xaçmaz rayonunun Ağtala kəndlərinin ərazilərində ağacların qanunsuz kəsildiyi müəyyən olunub.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.