Şimal bölgəsində yağıntılı hava müşahidə olunub, Quba və ətraf ərazilərdə 4 mm-dək yağıntı qeydə alınıb.
Shimal.News xəbər verir ki, ölkə ərazisinin əksər hissəsində hava yağıntılı keçib, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü yağış yağıb. Şahdağın yüksək dağlıq ərazilərində isə qar müşahidə olunub.
Qar örtüyünün hündürlüyü Şahdağda 3 santimetr təşkil edib.
Ən çox yağıntı Kişçayda (Şəki) 47 mm, Zaqatalada 44 mm, Sarıbaşda (Qax) 17 mm, Ağsuda isə 7 mm qeydə alınıb. Xızı, Oğuz, Balakən, Şamaxı, Qusar, Xınalıq, Quba, Xaltan və Qrızda 4 mm-dək olub.
Bundan başqa, oktyabrın 23-də saat 23:15 radələrində Şəki rayonunun Oxud və Kişçay kəndlərinə diametri 5–7 mm olan dolu düşüb.