top
Altıağac Milli Parkında yeni mamır növü tapılıb
Foto
Bu gün, 21:26
- ↺ +

Altıağac Milli Parkında yeni mamır növü tapılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun alimlərinin iştirakı ilə hazırlanmış tədqiqatın nəticələri beynəlxalq jurnalda (Journal of Bryology) işıq üzü görüb. Mamırların yeni taksonlarına aid yazılan geniş məqalədə Azərbaycan florası üçün yeni mamır növü əks olunub.

Beynəlxalq müəllif heyətinin iştirakı ilə hazırlanan məqalə "Mamırların yeni milli və regional qeydləri, 86" adı altında dərc edilib. Məqalənin hazırlanmasında Böyük Britaniya, Kolumbiya, Türkiyə, Hindistan, Polşa, Macarıstan, Portuqaliya və digər ölkələrin elmi qurumlarından olan tədqiqatçılar iştirak ediblər. Nəşrdə dünyanın müxtəlif regionlarında mamır biomüxtəlifliyinin vəziyyəti, bəzi növlərin yayılma areallarının genişlənməsi və onların taksonomik xüsusiyyətləri barədə məlumat verilir. Məqalənin Azərbaycana həsr olunmuş hissəsində ölkə florası üçün yeni olan Tortula hoppeana mamır növünün aşkar edilməsi təqdim olunub.

Karadeniz Texnik Universiteti ilə imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən tədqiqat işinin həmmüəllifləri professor Səyyarə İbadullayeva, dosent Aygün Məmmədova, professor Nevzat Batan, dosent Hüseyin Erata və Edanur Ayhandır. Birgə araşdırmalar zamanı Xızı rayonunda yerləşən Altıağac Milli Parkının ərazisində torpaq mühiti üzərində Tortula hoppeana mamır növü aşkar edilib. Toplanmış nümunələrin tədqiqi nəticəsində bu növün Azərbaycan florasında ilk dəfə qeydə alındığı təsdiqlənib. Beynəlxalq nəşrdə bildirilir ki, son tapıntı ilə birlikdə Azərbaycanın zəngin mamır florası hazırda təxminən 507 takson, 153 cins və 58 fəsilə ilə təmsil olunur.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 20:46

Şimalda yanacaq qıtlığı yaranıb? - Rəsmi AÇIQLAMA

İqtisadiyyat
Bu gün, 19:09

14 icra hakimiyyətində yolların təmirinə ayrılan vəsaitlər araşdırıldı - nöqsanlar tapıldı

Cəmiyyət
Bu gün, 17:51

Şimal rayonlarından olan müəllimlər TOP-50-də

İdman
Bu gün, 17:12

"Qəbələ" Şamaxıdan 3 xalla qayıdır

İdman
Bu gün, 16:33

"Zəngəzur" "Şəki" ilə oyuna görə cərimələnib

Kriminal
Bu gün, 15:51

Pivə almadı, mübahisə qanlı hücuma çevrildi – Ağsudakı hadisənin detalları

Cəmiyyət
Bu gün, 15:34

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib

Cəmiyyət
Bu gün, 14:26

Dilarə avtomobil ustası olacaq

Cəmiyyət
Bu gün, 13:55

Qubada Zəfər bulağına kran quraşdırıldı

Hadisə
Bu gün, 13:15

Bakı-Quba yolunda təhlükəli beton maneə götürülüb

İdman
Bu gün, 12:20

Qubada futbol akademiyası tikiləcək

Cəmiyyət
Bu gün, 11:21

Şimalda yağıntının miqdarı normanı ötüb

Cəmiyyət
Bu gün, 10:55

Qubanın kəndində şagirdlər hər gün piyada 12 km yol qət edirlər

Kriminal
Bu gün, 10:02

Quba Olimpiya İdman Kompleksinin direktoru və mühasibi həbs edilib

İdman
Bu gün, 09:54

Premyer Liqa: 9-cu tur "Araz-Naxçıvan" – "Qəbələ" oyunu ilə başlayır

Cəmiyyət
Bu gün, 09:17

Qubanı duman bürüdü - VİDEO

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 27-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 17:02

İsmayıllıdan Qarabağa: 34 ildən sonra doğma yurda qayıdış

Hadisə
Dünən, 16:28

Qubaya gəlib nömrəsiz avtomobil sürən şəxslər həbs olundular

Cəmiyyət
Dünən, 15:40

Xaçmazda ekoloji təhlükə: Dəmiryolunun altı zibil poliqonuna çevrilib – VİDEO

Bütün xəbərlər
Dünən, 14:40

İsmayıllıda payız, vəhşi təbiət və "Ögey ana" filminin izləri

Kriminal
Dünən, 14:32

Şəki İcra Hakimiyyətində rüşvət qalmaqalı – TƏFƏRRÜAT

İdman
Dünən, 14:00

"Şahdağ-Qusar"ın yarımmüdafiəçisi: "Hədəfimiz çempionluqdur"

Oxşar xəbərlər