top
Vətən müharibəsinin 28-ci günü – XRONİKA
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin 28-ci günü – XRONİKA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 24-ü növbəti yaşayış məntəqələri uzun illik işğaldan sonra azad edilib.

Shimal.News Vətən müharibəsinin 28-ci günü baş verən hadisələrin xronikasını təqdim edir:

Cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri cəbhənin müəyyənləşdirilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib. Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah-sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb, bir neçə dayaq məntəqəsi dağıdılıb, əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb və mühüm yüksəkliklər azad olunub.

Prezident İlham Əliyev Fransanın "Figaro" qəzetinə müsahibə verib.

Düşmənin çoxsaylı döyüş texnikaları məhv edilib.

Müdafiə Nazirliyi artilleriya bölmələrimizin hərbçilərinin döyüş əzmini və yüksək vətənpərvərlik ruhunu əks etdirən video yayıb.
Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi və Ağdərə istiqamətində uçuş keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. Cəbrayıl rayonu istiqamətində "BZEZ" zərbə pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən aşkarlanaraq xüsusi texniki vasitələrlə yerə endirilib.
Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirirlər.

Müdafiə Nazirliyinin məlumatına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankını, 2 sığınacağını və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

Azərbaycan Ordusunun Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatlara qarşı mütəşəkkil müqavimət göstərə bilməyən və döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus və Qafan rayonları ərazisindən raket və artilleriya qurğuları ilə Laçın və Qubadlı ərazilərini güclü atəşə tutub. Azərbaycan Ordusu əməliyyat planına uyğun olaraq cəbhənin müxtəlif istiqamətlərində əks-hücumu davam etdirir. Ermənilərin könüllülərdən ibarət dəstələri və döyüş texnikası məhv edilərək bir neçə vacib yüksəkliklər azad edilib. Peşəkar Azərbaycan Ordusu yalnız düşmənin silahlı birləşmələrini və legitim hərbi obyektləri hədəfə alır.

Ermənistanın siyasi-hərbi rəhbərliyi ölkənin orta yaşlı və qoca sakinləri ilə yanaşı, yeniyetmələri də Qarabağda gedən hərbi əməliyyatlara cəlb edib.

Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya və raket atəşinə tutması nəticəsində 65 mülki şəxs həlak olub. Onların 18-i qadın, 10-u uşaqdır. Oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər ölüb, 138 nəfər yaralanıb. Bu barədə Baş Prokurorluq məlumat verib.
Ermənistan ordusu Goranboyda yaşayış məntəqəsinə iki ədəd "Smerç" raketi atıb.

Son xəbərlər

Faydalı
Dünən, 21:26

Altıağac Milli Parkında yeni mamır növü tapılıb

İqtisadiyyat
Dünən, 20:46

Şimalda yanacaq qıtlığı yaranıb? - Rəsmi AÇIQLAMA

İqtisadiyyat
Dünən, 19:09

14 icra hakimiyyətində yolların təmirinə ayrılan vəsaitlər araşdırıldı - nöqsanlar tapıldı

Cəmiyyət
Dünən, 17:51

Şimal rayonlarından olan müəllimlər TOP-50-də

İdman
Dünən, 17:12

"Qəbələ" Şamaxıdan 3 xalla qayıdır

İdman
Dünən, 16:33

"Zəngəzur" "Şəki" ilə oyuna görə cərimələnib

Kriminal
Dünən, 15:51

Pivə almadı, mübahisə qanlı hücuma çevrildi – Ağsudakı hadisənin detalları

Cəmiyyət
Dünən, 15:34

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib

Cəmiyyət
Dünən, 14:26

Dilarə avtomobil ustası olacaq

Cəmiyyət
Dünən, 13:55

Qubada Zəfər bulağına kran quraşdırıldı

Hadisə
Dünən, 13:15

Bakı-Quba yolunda təhlükəli beton maneə götürülüb

İdman
Dünən, 12:20

Qubada futbol akademiyası tikiləcək

Cəmiyyət
Dünən, 11:21

Şimalda yağıntının miqdarı normanı ötüb

Cəmiyyət
Dünən, 10:55

Qubanın kəndində şagirdlər hər gün piyada 12 km yol qət edirlər

Kriminal
Dünən, 10:02

Quba Olimpiya İdman Kompleksinin direktoru və mühasibi həbs edilib

İdman
Dünən, 09:54

Premyer Liqa: 9-cu tur "Araz-Naxçıvan" – "Qəbələ" oyunu ilə başlayır

Cəmiyyət
Dünən, 09:17

Qubanı duman bürüdü - VİDEO

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 27-ci günü: XRONİKA

Cəmiyyət
22 oktyabr 2026, 17:02

İsmayıllıdan Qarabağa: 34 ildən sonra doğma yurda qayıdış

Hadisə
22 oktyabr 2026, 16:28

Qubaya gəlib nömrəsiz avtomobil sürən şəxslər həbs olundular

Cəmiyyət
22 oktyabr 2026, 15:40

Xaçmazda ekoloji təhlükə: Dəmiryolunun altı zibil poliqonuna çevrilib – VİDEO

Bütün xəbərlər
22 oktyabr 2026, 14:40

İsmayıllıda payız, vəhşi təbiət və "Ögey ana" filminin izləri

Kriminal
22 oktyabr 2026, 14:32

Şəki İcra Hakimiyyətində rüşvət qalmaqalı – TƏFƏRRÜAT

Oxşar xəbərlər