Zaqatalada silsilə oğurluq edən şəxs həbs olunub
Zaqatala rayonunda fərdi yaşayış evlərindən pul və digər əşyaların oğurlanması faktları aşkarlanıb.
Shimal.News xəbər verir ki, rayon ərazisində yerləşən evlərdən birindən pul oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R. Musayev saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisindəki bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə R. Musayev barəsində həbs qətimkan tədbiri seçilib.
VİDEO 📹