Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 23-də Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşları qəbul edib.
Shimal.News xəbər verir ki, qəbuldan əvvəl nazir Qax şəhərindəki Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Keçirilən görüşdə isə Qax, Zaqatala və Balakən sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb.
Digər məsələlərlə bağlı isə nazirliyin aidiyyəti struktur rəhbərlərinə qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.