top
Şimalda yanacaq qıtlığı yaranıb? - Rəsmi AÇIQLAMA
Bu gün, 20:46
- ↺ +

Şimalda yanacaq qıtlığı yaranıb? - Rəsmi AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə Şimal bölgəsində fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrinə yanacaq verilişinin dayandırılması ilə bağlı məlumatlar yayılıb. 

Bildirilir ki, "Azpetrol" istisna olmaqla, Quba, Xaçmaz-Xudat, Qusar, Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən digər yanacaqdoldurma məntəqələrinə yanacaq verilmir.

Yayılan məlumatlara görə, yanacaq verilişi "SOCAR Petroleum" QSC-nin Xaçmaz Neft Terminalı Bazası № 10-dan həyata keçirilmir. 

Bildirilir ki, bəzi yanacaqdoldurma məntəqələrində hazırda yanacaq ehtiyatı olsa da, bu ehtiyatın təxminən bir gün ərzində tükənə biləcəyi qeyd olunur. Bu isə yanacaq satışında fasilələrin yaranması ehtimalını artırır.

Məsələ ilə bağlı "SOCAR Petroleum" QSC-yə sorğu ünvanlanıb. Şirkətdən sorğuya cavab olaraq bildirilib ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Şimal bölgəsində (Quba, Xaçmaz, Xudat, Qusar, Şabran və Siyəzən rayonları) fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə yanacağın verilməsinin dayandırılması və "SOCAR PETROLEUM" QSC-nin Xaçmaz Neft bazası sahəsində yanacaq təchizatının məhdudlaşdırılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

"Bildiririk ki, "SOCAR PETROLEUM" QSC-nin Xaçmaz Neft Terminalı Bazasında kifayət qədər yanacaq ehtiyatı mövcuddur və bölgədəki məntəqələrin yanacaqla təminatı adi iş rejimində, fasiləsiz olaraq həyata keçirilir. Yanacaq verilişinin dayandırılması və ya məhdudlaşdırıcı tədbirlər barədə iddialar tamamilə əsassızdır.

Şirkətimiz istehlakçıların və tərəfdaş məntəqələrin davamlı yanacaqla təchizatını tam nəzarətdə saxlayır, tədarük zəncirində heç bir gecikmə və ya çatışmazlıq müşahidə olunmur.

Media nümayəndələrindən və ictimaiyyətdən dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad olunmayan məlumatlara etibar etməmələri xahiş olunur", – deyə məlumatda vurğulanır.

Mənbə: Apa.аz

 

Son xəbərlər

Faydalı
Bu gün, 21:26

Altıağac Milli Parkında yeni mamır növü tapılıb

İqtisadiyyat
Bu gün, 19:09

14 icra hakimiyyətində yolların təmirinə ayrılan vəsaitlər araşdırıldı - nöqsanlar tapıldı

Cəmiyyət
Bu gün, 17:51

Şimal rayonlarından olan müəllimlər TOP-50-də

İdman
Bu gün, 17:12

"Qəbələ" Şamaxıdan 3 xalla qayıdır

İdman
Bu gün, 16:33

"Zəngəzur" "Şəki" ilə oyuna görə cərimələnib

Kriminal
Bu gün, 15:51

Pivə almadı, mübahisə qanlı hücuma çevrildi – Ağsudakı hadisənin detalları

Cəmiyyət
Bu gün, 15:34

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib

Cəmiyyət
Bu gün, 14:26

Dilarə avtomobil ustası olacaq

Cəmiyyət
Bu gün, 13:55

Qubada Zəfər bulağına kran quraşdırıldı

Hadisə
Bu gün, 13:15

Bakı-Quba yolunda təhlükəli beton maneə götürülüb

İdman
Bu gün, 12:20

Qubada futbol akademiyası tikiləcək

Cəmiyyət
Bu gün, 11:21

Şimalda yağıntının miqdarı normanı ötüb

Cəmiyyət
Bu gün, 10:55

Qubanın kəndində şagirdlər hər gün piyada 12 km yol qət edirlər

Kriminal
Bu gün, 10:02

Quba Olimpiya İdman Kompleksinin direktoru və mühasibi həbs edilib

İdman
Bu gün, 09:54

Premyer Liqa: 9-cu tur "Araz-Naxçıvan" – "Qəbələ" oyunu ilə başlayır

Cəmiyyət
Bu gün, 09:17

Qubanı duman bürüdü - VİDEO

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 27-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 17:02

İsmayıllıdan Qarabağa: 34 ildən sonra doğma yurda qayıdış

Hadisə
Dünən, 16:28

Qubaya gəlib nömrəsiz avtomobil sürən şəxslər həbs olundular

Cəmiyyət
Dünən, 15:40

Xaçmazda ekoloji təhlükə: Dəmiryolunun altı zibil poliqonuna çevrilib – VİDEO

Bütün xəbərlər
Dünən, 14:40

İsmayıllıda payız, vəhşi təbiət və "Ögey ana" filminin izləri

Kriminal
Dünən, 14:32

Şəki İcra Hakimiyyətində rüşvət qalmaqalı – TƏFƏRRÜAT

İdman
Dünən, 14:00

"Şahdağ-Qusar"ın yarımmüdafiəçisi: "Hədəfimiz çempionluqdur"

Hadisə
Dünən, 13:14

Xaçmazlı kişi bir suala görə arvadını döydü

Cəmiyyət
Dünən, 12:27

Qubanın iki bələdiyyəsinin adı dəyişdirilib

Cəmiyyət
Dünən, 11:50

Quba-Qonaqkənd-Muçu yolunda sürüşmənin fəsadları aradan qaldırılır

Cəmiyyət
Dünən, 10:53

Şimalın dağlıq ərazilərində dolu gözlənilir

Oxşar xəbərlər