top
Siyəzəndəki kərkəs sürüsünün sirri açıldı
05 may 2026, 12:00
- ↺ +

Siyəzəndəki kərkəs sürüsünün sirri açıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Siyəzəndə zibillik poliqonu ətrafında müşahidə olunan çoxsaylı yırtıcı quşların görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Maraq və təşviş doğuran həmin görüntülərlə bağlı Shimal.News-a Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşı, biologiya elmləri doktoru Tahir Kərimov açıqlama verib. 

Onun sözlərinə görə, görüntülərdə əks olunan quşlar Ağbaş kərkəslərdir.

"Ağbaş kərkəslər yayıldıqları ölkələrdə oturaq növdür. Yəni, bunlar məskunlaşdığı ərazilərdən kənara ancaq yem axtarmaq üçün yerdəyişmə edirlər. Məsələn Böyük, Kiçik Qafqazda, Talışda yuvalayan Ağbaş kərkəs 100 km məsafəyə qədər köç edib özünə yem axtarır. Bu quşlar təşkil olunma formasına görə sürü şəklində yaşayan, sosial davranışa malik quşlardır. Yəni koloniya şəklində, düşərgə halında yuvalayır, yuvalamadan sonra düzənliklərə, ətraf ərazilərə yerli köçmələr edərək yem axtarırlar.

Siyəzən ərazisində qeydə alınmış Ağbaş kərkəs sürüsü Xəzər sahili boyu miqrasiya yolunu istifadə edib. Bu yol ilə hər il milyonlarla su və quru quşları payız köçündə Şimaldan Cənuba, yaz köçündə isə Cənubdan Şimala miqrasiya edirlər. Həmin qeydə alınmış kərkəs sürüsü Azərbaycanda oturaq yerli populyasiya deyil. Heç vaxt Xəzər sahili boyu Ağbaş kərkəsin sürü halında miqrasiyası qeydə alınmamışdır. Belə ki, yerli ekoloji təşkilatların bu barədə məlumatı yoxdur".

Bioloq bildirib ki, qeydə alınan 100-150 fərddən ibarət bu sürünün miqrasiyasının bir neçə səbəbi ola bilər. 

"Birincisi, həmin sürü İran, Ərəbistan yarımadasında məskunlaşmış Ağbaş kərkəs populyasiyasıdır. Çox güman ki, Yaxın Şərqdə baş verən münaqişələr onların yaz dövründə Şimala miqrasiyasına təkan vermişdir. Şimala miqrasiya dedikdə Böyük Qafqaz və Dağıstan Kalmikiya ərazisi nəzərdə tutulur. Ola bilsin ki, məskunlaşdığı ərazidə kifayət qədər yem tapa bilməyən həmin populyasiya Böyük Qafqazın şimal ətəklərində yem axtaracaqlar.

Belə ki, may ayından başlayaraq mal-qara dağ yaylaqlarına aparılır. Həm yolda, həm də yaylaqlarda aparılan mal-qara fərdlərindən çox sayda tələfat olur. İkincisi isə Kalmikiyada sayqakların nəsilvermə dövründə baş verən bala tələfatını kərkəslər hiss edərək həmin ərazilərə uçuşlar edir və ölmüş heyvanlarla yemlənir".

Bəs sözügedən miqrasiya hər il baş verir mi? 

"Heyvandarlığın inkişaf etdiyi Böyük Qafqaza Xəzər sahili boyu ilə həyata keçən miqrasiyanı dəqiqləşdirmək üçün radiotelemetriya və yerli ekoloji təşkilatların, oreontoloqların prosesi izləməsi kimi bir neçə üsuldan istifadə etmək mümkündür", - deyə Tahir Kərimov bildirib.

Son xəbərlər

Hadisə
Bu gün, 14:20

Qubada qanunsuz qum-çınqıl karxanalarının fəaliyyəti dayandırıldı

İdman
Bu gün, 13:42

"Şahdağ Qusar" azarkeşlərinin dəstəyini gözləyir

İqtisadiyyat
Bu gün, 13:00

Qanunsuz verilən 2040 hektar örüş sahələri kəndliyə geri qaytarılıb

Cəmiyyət
Bu gün, 12:11

Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırılıb

Cəmiyyət
Bu gün, 12:01

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək

Cəmiyyət
Bu gün, 11:58

"Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru" kitabı çapdan çıxıb

Hadisə
Bu gün, 11:16

Qubada 30 yaşlı kişinin meyiti tapılıb

Cəmiyyət
Bu gün, 10:43

Xaçmazın bu kəndi dayanacaqsız qalıb

Hadisə
Bu gün, 09:46

Qubada zəncirvari qəza: "Sürücü sərxoş olub"

Hadisə
Bu gün, 09:37

Qaxda məktəbli qıza qarşı cinsi zorakılıq: 2 nəfər həbs edildi

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 25-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:57

Şimalda fermerlər üçün maarifləndirici tədbirlər keçirilib

İdman
Dünən, 17:46

AFFA İntizam Komitəsindən "Şahdağ Qusar" və "Şimal"la bağlı qərar

Hadisə
Dünən, 17:38

Qubada kişi qonşu qadını wi-fi parola görə döydü

Kriminal
Dünən, 17:28

Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər

Cəmiyyət
Dünən, 17:00

Zərdabidə bu yol asfaltlandı

Cəmiyyət
Dünən, 16:19

Generalın şabalıd alveri ilə bağlı işdə kapitana 10 il 6 ay həbs verildi

Hadisə
Dünən, 15:46

Qaxda məktəbdə bədbəxt hadisə: 9-cu sinif şagirdi yaralandı

Kriminal
Dünən, 15:13

Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs cəzası alıb

Bütün xəbərlər
Dünən, 14:30

Şəki Dövlət Dram Teatrı tamaşa hazırlayır

İdman
Dünən, 14:00

Quba karateçiləri turnirdə 23 medal qazanıblar

Cəmiyyət
Dünən, 13:38

Şəki Xan sarayını 9 ayda 178 minə yaxın şəxs ziyarət edib

Hadisə
Dünən, 13:21

Xudatda sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı

Cəmiyyət
Dünən, 12:36

Şabranda sel nəticəsində sıradan çıxmış yol və körpülər bərpa olunub

Oxşar xəbərlər