Qax rayonunda 8-ci sinif şagirdi olan qıza qarşı cinsi zorakılıq hadisəsi baş verib.
Məlumata görə, rayon sakini Fərman adlı gənc parkda 2012-ci il təvəllüdlü qızla tanış olub. Təxminən 10 gün sonra qız Fərmandan ayrılıb və onun 2004-cü il təvəllüdlü qardaşı Rəhmanla münasibət qurub.
Rəhman qızla mütəmadi görüşüb. Bir müddət sonra onu rayon ərazisindəki mənzillərdən birinə apararaq cinsi əlaqədə olub. O, qızla evlənəcəyinə söz verərək onu buna inandırıb.
Daha sonra Rəhman qızdan ayrılıb və onun telefon nömrəsini tanışı, 2003-cü il təvəllüdlü Tamerlana verib. Tamerlan da qızla münasibət qurub. O, qızı avtomobilinə əyləşdirərək Qax-Sarıbaş yoluna aparıb və orada onunla cinsi əlaqədə olub.
Hadisədən xəbər tutan qızın valideynləri polisə şikayət ediblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Rəhman və Tamerlan saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Rəhman 6 il, Tamerlan isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Mənbə: Oxu.аz