Quba rayonunun Zərdabi qəsəbəsində karxanadan əsas yola çıxan çınqıllı hissə asfaltlanıb.
Shimal.News-un məlumatına görə, əvvəllər yük avtomobilləri həmin ərazidən keçərkən təkərləri ilə əsas yola palçıq daşıyırdı.
Yağışlı havalarda palçıq səbəbindən sürüşkənlik yaranır, bu da digər nəqliyyat vasitələrinin hərəkətini təhlükəli edirdi.
Artıq asfalt örtüyü sayəsində bu problemin aradan qalxacağı gözlənilir.